Qüdsün yəhudiləşdirilməsi davam etdirilir

Qüdsün yəhudiləşdirilməsi davam etdirilir

İşğalçı İsrail rejiminin rəhbərliyi işğal altında saxladığı Qüdsdə yəhudiləşdirmə prosesini sürətləndirmək məqsədilə bu şəhərdə sionist qəsəbələrin salınmasının genişləndirilməsi üzrə yeni layihə ilə razılaşıb.

Az.rasthaber.com ABNA-ya istinadən xəbər verir ki, sionist rejim dünya ictimaiyyətinin sükutu fonunda işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi üzrə düşmənçilik siyasətini davam etdirməkdədir.

Təcavüzkar sionist rejim başçıları qəsb olunmuş Qüdslə yeni bir layihəni qəbul edib.

Sionist rejimin işğal olunmuş Qüdsdəki yeni qəsəbələrsalma layihəsi tezliklə icra olunacaq və bu zaman sionistlər üçün 5 200-dən çox yaşayış evi inşa ediləcək.

Belə bir halda, bundan öncə müqavimət qrupları işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi siyasətinin şiddətlənməsi və bu şəhərdə sionist qəsəbəsalmaların artırılması haqda xəbərdarlıq ediblər.

BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, sionist rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur.

Xəbəri paylaş

VİDEOLAR