Qüdsün bütün hissələri Fələstin xalqına məxsusdur

Qüdsün bütün hissələri Fələstin xalqına məxsusdur

"Qüdsün bütün hissələri Fələstin xalqına məxsusdur"

Az.rasthaber.com xəbər verir ki, bunu İrqçi İsrail rejiminin baş nazirinin iddiasına reaksiya verən Fələstin Administrasiyasının sözçüsü deyib.
Fələstin Administrasiyasının sözçüsü Nabil Əbu Rədinə verdiyi açıqlamada bildirib:
"Millətlər Liqasının 1930-cu il Qərarında Məscidül-Əqsa, əl-Barak divarı və onun qarşısındakı ərazinin mülkiyyətinin yalnız müsəlmanlara aid olduğu bildirilib. Qanuni beynəlxalq qətnamələrə əsasən, Qüds bütün İslam və Xristian müqəddəs yerləri ilə birlikdə əbədi olaraq Fələstin dövlətinə məxsus olacaq".
Əbu Rədinə əlavə edib ki, Təhlükəsizlik Şurasının 2016-cı il tarixli 2334 saylı qətnaməsi də Şərqi Qüdsün işğal olunmuş Fələstin ərazilərinin ayrılmaz hissəsi olduğunu və bütün Fələstin ərazilərində hər hansı bir məskunlaşmanın qeyri-qanuni olduğunu təsdiqləyib.
Sionist hakimiyyət orqanlarına müraciət edən Əbu Rədinə deyib:
"İrqçi İsrailin Qüds də daxil olmaqla, Fələstin ərazilərinin işğalını qanuniləşdirmək üçün istənilən cəhdi uğursuzluqla nəticələnəcək".
Fələstin Administrasiyasının sözçüsü bildirib ki, regionda və dünyada təhlükəsizlik, sülh və sabitliyin təmin olunmasının yeganə yolu Fələstin xalqının hüquqlarını və qanuni beynəlxalq qətnamələri tanımaqdır.
Qeyd edək ki, sionist rejimin Baş naziri dünən, Beynəlxalq qanunların əksinə olaraq Qüdslə bağlı proqramlara İsrailin qərar verəcəyini etiraf edib.

Xəbəri paylaş

VİDEOLAR