Qüds uğrunda hər bir müsəlman səsini duyurmalıdır - Ədalət Partiyasının sədr müavini

Qüds uğrunda hər bir müsəlman səsini duyurmalıdır - Ədalət Partiyasının sədr müavini

Ədalət Partiyasının sədr müavini politoloq Mütəllim Rəhimli Fələstində baş verən hadisələrə münasibət bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, partiya rəsmisi Faktxəbər saytına müsahibəsinin bir hissəsində deyib:

"Zalımın zülmü varsa, məzlumun da Allahı var. Təbii ki, bu haqsız ilhaq daimi olaraq davam edə bilməz. Təəssüf doğuran odur ki, dünya birliyi dinc insanların ölmünə, müsəlmanların hissiyyatlarının təhqir edilməsinə susur. Bu da zülmün uzanmasına səbəb olur. Müsəlman dünyası isə birləşə bilmir. Əgər onlar həmrəylik nümayiş etdirə bilsələr, İsrail işğal etdiyi əraziləri tərk edərək öz sərhədləri daxilinə çəkilər. Digər tərəfdən, fələstinlilər də problemin həllinə yeni yanaşma sərgiləməlidirlər. Çünki onların seçdiyi taktikanın ötən müddət ərzində məsələnin həllinə yardım etmədiyi göründü. Həm də nəzərə almalıdırlar ki, haqları uğrunda mübarizədə ön cərgədə yalnız özləri yer almalıdırlar, kimsə onların əvəzindən iş görməyəcək. Bununla belə Qüds uğrunda hər bir müsəlman səsini duyurmalıdır."

Xəbəri paylaş

VİDEOLAR