Qüds Günü münasibətilə Bakıda İsrailə etiraz aksiyası keçirildi

Qüds Günü münasibətilə Bakıda İsrailə etiraz aksiyası keçirildi

Qüds Günü münasibətilə bir qrup dindar Şəhidlər Xiyabanına, daha sonra İsrail səfirliyinin olduğu əraziyə gəliblər

Qüds Günü münasibətilə bir qrup dindar Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra İsrail səfirliyinin olduğu əraziyə gəliblər.

Aksiya "Maarifçiliyə Dəvət İctimai Birliy"in rəhbəri ilahiyyatçı hacı Elçin Manafov tərəfindən təşkil edilib.

Rasthaber xəbər verir ki, bu barədə hedef14 saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan DİN aksiya ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: Bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur.

Xəbəri paylaş

VİDEOLAR