Təlimlərin səbəbi döyüş qabiliyyətini artırmaq olub
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Qətər Müdafiə Nazirliyinin açıqlamasında təlimin döyüş qabiliyyətini artırmaq, Qətər və Türk Silahlı Qüvvələri arasında təcrübə mübadiləsi və hərbi əməkdaşlığı gücləndirmək məqsədi ilə həyata keçirildiyinə diqqət çəkilib.
Təlimin yekun tətbirində çıxış edən Qətər Hərbi Polis İdarəsi Komandiri Rəşid Məhəmməd əl-Haciri, təlimdə iştirak edən bütün personalın peşəkarlığını və fəaliyyətini yüksək qiymətləndirib.