Qətər: İranla nüvə sazişinə qayıtmaq regionun təhlükəsizliyinin xeyrinədir

Qətər: İranla nüvə sazişinə qayıtmaq regionun təhlükəsizliyinin xeyrinədir

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani iranlı həmkarı Hüseyn Əmir Abdullahiyana ölkəsinin Tehran və Vaşinqtonun nüvə sazişinə qayıtması üçün alqış və dəstəyini bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İran və Qətər XİN rəhbərləri arasında telefon bağlantısı olub.

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani Qətərin Tehran və Vaşinqtonun nüvə sazişinə qayıtması istəyini ifadə edib.

"Qətər İran və Amerikanın bütün tərəflərin narahatlıqlarını nəzərə alaraq, nüvə sazişinin canlandırılmasına və hamı üçün ədalətli razılığın əldə olunmasına töhfə verəcək konsensusa nail olmasını səbirsizliklə gözləyir", - deyə Məhəmməd bin Əbdürrəhman bunun bölgənin sabitliyi və təhlükəsizliyinə xidmət edəcəyini bildirib.

Telefon bağlantısında tərəflər ikitərəfli münasibətləri, nüvə sazişinə qayıtmaq üçün danışıqlarda son hadisələri və ümumi maraq doğuran bir sıra məsələləri nəzərdən keçiriblər.

Xəbəri paylaş

VİDEOLAR