Qətər İranla körfəzdə yerləşən ərəb dövlətlərini danışıqlara çağırıb

Qətər İranla körfəzdə yerləşən ərəb dövlətlərini danışıqlara çağırıb

“İranla Körfəz Əməkdaşlıq Şurasının danışıqları çox zəruridir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İran mətbuatına istinadla xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani deyib.

Ali-Sani vurğulayıb ki, ümumi məsələlər və narahatlıqların həlli üçün Körfəz Əməkdaşlıq Şurası ilə İran arasında regional dialoq çox zəruridir.

Qətərin müdafiə naziri Xalid əl-Ətiyyə də bundan öncə oxşar çağırışlar edib.

O, deyib: “Biz tezliklə İranla nüvə sazişinin uğurla əldə edilməsini istəyir, region ölkələrinin iştirakı ilə təhlükəsizliklə bağlı dialoqun ikinci mərhələsinin başlamasını səbirsizliklə gözləyirik”.

Əl-Əttiyə əlavə edib: "Ümid edirik ki, region ölkələri arasında təhlükəsizlik sazişi imzalanacaq, çünki biz birlikdə yaşamalıyıq. Biz ümid edirik ki, Vyana danışıqları İranın nüvə proqramı üzrə razılaşmaya gətirib çıxaracaq və biz bunu təşviq edirik.”

Xəbəri paylaş

VİDEOLAR