Qətər dünya çempionatında İsraillə əməkdaşlığı rədd edib

Qətər dünya çempionatında İsraillə əməkdaşlığı rədd edib

İsrail mənbələri Qətərin sionist telekommunikasiya şirkətləri ilə əməkdaşlığı qəbul etmədiyini açıqlayıb.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, İsrail kanalının çərşənbə axşamı verdiyi xəbərə görə, Qətərdə dünya çempionatının oyunlarını izləyəcək və sayının 10-20 min arasında olduğu təxmin edilən sionistlər telefonlarında Qətər sim kartı almalı olacaqlar.

Sionist rejimin rabitə naziri Yoaz Hendel Beynəlxalq Futbol Federasiyasının prezidenti və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Rabitə İttifaqının yüksək vəzifəli şəxslərinə yazdığı məktubda Qətərin rabitə şirkətlərindən yardım və məsləhət istəyib.

Bundan əvvəl Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün endirimli biletlərin satışı departamenti "İsrail" sözünü üzvlər siyahısından çıxarmışdı.

Qeyd edək ki, 22-ci futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR