Qətifin imam cüməsi Ayətullah Sistani ilə görüşüb

Qətifin imam cüməsi Ayətullah Sistani ilə görüşüb

Qətifin imam cüməsi Şeyx Həsən Əs-Saffar Nəcəfdə olarkən Ayətullah Sistani ilə görüşüb.

Az.rasthaber.com "sirat.az"a istinadən xəbər verir ki, bu barədə martın 30-da shia-news xəbər verib.

Şeyx Həsənin sözlərinə görə, o, ötən həftə Nəcəfdə İmam Əlinin (ə.s) hərəmini ziyarət edib. Ziyarət çərçivəsində din xadimi Seyyid Əli Sistaninin evində qonaq olub. “Onunla görüş daxili rahatlıq və agahlıq gətirir”, - deyə Əs-Saffar qeyd edib.

Öz növbəsində Ayətullah Sistani qonağa bir sıra məsləhətlər verib. Müctəhid Şeyxə çətinliklərlə üzləşmənin normal olduğunu və bu halda Allaha təvəkkül etməyi tövsiyə edib. “İnsan din və cəmiyyət qarşısında öz vəzifələrini yerinə yetirməlidir. O, bu yolda Allahın köməyi, Peyğəmbər (s) və Əhli Beytin (ə.s) dəstəyinə arxayın olmalıdır”, - deyə mərcei-təqlid əlavə edib.

Ayətullah Sistani gənclər arasında dini maarifləndirmə və təbliğatın aparılmasının zəruriliyini bildirib. Bu səbəbdən alim xütbə və moizələrin sayının artırılmasını məsləhət görüb.

Qətif Səudiyyə Ərəbistanının əsasən şiə vilayətidir. Belə ki, şiələr Səudiyyə müsəlmanlarının 10-15%-ni təşkil edir. Onların əksəriyyəti ölkənin şərqində və Yəmənlə sərhəddə olan vilayətlərdə məskunlaşıb. Şiələrinin sıx yaşadığı şəhərlər Qətif, Mədinə və Nəcran şəhərləridir.

Xəbəri paylaş

VİDEOLAR