HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubunda 10 İsrail əsgərini öldürdüyünü açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama verib.
Qəssam Briqadaları verdiyi açıqlamada Xan Yunisin şərq hissəsində yerləşən Absan əl-Kəbirə bölgəsində İsrail ordusunun 10 əsgərini öldürdüklərini və sözügedən əsgərlərin sıfır məsafədən zərərsizləşdirildiyini bildirib.