HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları teleqram kanalı vasitəsilə verdiyi açıqlamada bildirib ki, sionist İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq Təl-Əviv, Yaffa və işğal olunmuş İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrinə qarşı çoxlu raket hücumları həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, atılan raketlərə görə İsrailin Tel-Əviv və Yaffa da daxil olmaqla bir çox nöqtəsində sirenlər səslənib.
Raketlərin bir hissəsi “Dəmir günbəz” sistemi tərəfindən havada məhv edilsə də, bəziləri Təl-Əvivin bəzi bölgələrinə düşüb.