Qəssam Briqadalarından İsrailə ZƏRBƏ

Qəssam Briqadalarından İsrailə ZƏRBƏ

Qəssam Briqadaları Qəzza şəhərinin qərbində 15 İsrail əsgərini öldürdüklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail rejiminin Fələstin və Qəzza zolağında qırğın hücumları aramsız davam edərkən, Qəssam Briqadaları sionistlərə qarşı əməliyyatları ilə bağlı bəyanat yayıblar.

Qəssam Briqadaları yazılı açıqlamada bildirib:

"Qəssam mücahidləri Qəzza şəhərinin qərbindəki Cavazat bölgəsində sıfır məsafədən 15 sionist əsgəri öldürdülər".

Açıqlamada işğalçı İsrail ordusuna aid zirehli gəminin də Yasin-105 raketi ilə hədəfə alındığı qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR