HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları işğalçı İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunisdə hədəf alındığını açıqlayıb.
Az.rasthaber.org xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Qəssam Briqadaları işğalçı İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunisdə hədəf alındığını bildirib.
Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Xan Yunusdakı işğal qüvvələrinə məxsus 4 Merkava tankı və 1 zirehli maşının "Yasin-105" tank əleyhinə raketindən istifadə edilərək məhv edildiyi bildirilib.
Bəyanatda sionist rejimə aid bir helikopterin Xan Yunus şəhərinin şərqində yer-yer raketi ilə hədəfə alındığı qeyd edilib.
Daha 2 sionist əsgər öldürülüb
Qəssam Briqadaları, Xan Yunisin şərqində iki işğalçı əsgəri yaxın məsafədən hədəf alaraq öldürdüklərini açıqladı.