Qəssam Briqadaları və İslami Cihaddan İsrail qüvvələrinə qarşı birgə əməliyyat

Qəssam Briqadaları və İslami Cihaddan İsrail qüvvələrinə qarşı birgə əməliyyat

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının müxtəlif bölgələrinə sızan qatil İsrail əsgərlərinə qarşı bir sıra əməliyyatlar həyata keçirdiklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qəssam Briqadaları tərəfindən verilən açıqlamada, Rəfah şəhərinin qərbindəki Tel əs-Sultan bölgəsində daha əvvəl sionist İsrail əsgərləri tərəfindən bubi tələyə salınmış 3 tunel girişini partlatdıqları bildirilib.

Kassam daha əvvəl verdiyi başqa bir açıqlamada İsrail ordusuna aid iki Merkava tankından birinin Yasin-105 raketi, digərinin isə yerə qoyulan partlayıcı ilə məhv edildiyini açıqlamışdı.

Digər açıqlamada İslami Cihad Hərəkatının hərbi qanadı Əl-Qüds Səriyyə ilə birgə həyata keçirilən əməliyyatda Xan Yunus şəhərində yerləşən bir qrup İsrail əsgərinin minaatanlarla vurulduğu qeyd edilib.

Qəssam Briqadaları bu gün Təl-Əviv şəhəri və ətrafının iki raketlə vurulduğunu açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR