Qəssam Briqadaları: Qərb Sahilində müqavimət dayanmayacaq!

Qəssam Briqadaları: Qərb Sahilində müqavimət dayanmayacaq!

"Zaman sübut edəcək ki, işğalçı qüvvələrin Cenin düşərgəsinə hücumu nəticəsiz qalıb və döyüşçülərin həbsi İordan çayının qərb sahilindəki müqaviməti dayandıra bilməyəcək"

Az.rasthaber.com xəbər verir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının rəsmisi deyib.

Qəssam Briqadalarına bağlı bu mənbə işğalçı İsrail rejiminin Cenin düşərgəsinə qarşı əməliyyatına cavab olaraq bu rejimin Cenin düşərgəsinə hücumda məqsədinə çata bilmədiyini bildirib və bu açıqlamaları verib:

"Düşmənin xüsusi təyinatlı dəstələrinin Cenin düşərgəsinə soxulmasını müşahidə edən Qəssam briqadalarının döyüşçüləri onlarla silahlı qarşıdurma aparmış və işğalçıların bu həmləsi əsas məqsədinə nail ola bilməmişdir.

Zaman sübut edəcək ki, işğalçı qüvvələrin Cenin düşərgəsinə hücumu nəticəsiz qalıb və döyüşçülərin həbsi İordan çayının qərb sahilindəki müqaviməti dayandıra bilməyəcək.".

Xəbəri paylaş

VİDEOLAR