16.05.2022 13:21:52
Suriyanın xarici işlər naziri Qərbin Suriya hökumətini devirmək planlarının iflasa uğradığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad Suriya-Mavritaniya Parlamentinin Qardaşlıq Komitəsinin sədri ilə görüşündə, Qərb və region ölkələrinin Suriya hökumətini devirməkdə uğursuzluğa düçar olduğunu bildirib. O, Ərəb ölkələri arasında münaqişələrə son qoymağa diqqət yetirməyin vacibliyini vurğulayıb.
Feysəl Miqdad açıqlamasında bildirib:
"Münaqişələri bir kənara qoyub, İslam və Ərəb ölkələrinin Fələstin məsələsi kimi əsas məsələyə diqqət yetirməsi lazımdır".
Digər tərəfdən, Suriya-Mavritaniya Parlamentinin Qardaşlıq Komissiyasının sədri Mustafa Balah Sahib, ölkəsinin Suriyanı terrorla mübarizədə, onun suverenliyi və ərazi bütövlüyünün qorunmasında dəstəklədiyini vurğulayıb.