Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb bütün ölkələri öz bayrağı altında toplamaq üçün Ukraynadan sui-istifadə edir.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbi Ukraynadakı vəziyyətdən sui-istifadə edərək bütün ölkələri öz bayrağı altında toplamağa çalışmaqda ittiham edib.
Lavrov bildirib ki, Qərb bütün ölkələri öz bayrağı altına almağa çalışır və Ukrayna və onun ətrafındakı vəziyyətdən bəhanə kimi istifadə edir.
O, Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə görüşü zamanı deyib: “Çoxqütblü dünya formalaşır, lakin Qərbli tərəfdaşlarımız bunun qarşısını almağa çalışırlar.