Qərb mediası zalımlıqda sərhəd tanımır: Məzlum Qəzza xalqına lağ etdilər

Qərb mediası zalımlıqda sərhəd tanımır: Məzlum Qəzza xalqına lağ etdilər

Fransanın “Liberation” qəzeti rəzilliyində heç bir sərhəd tanımır. Söz mövzusu karikaturada məzlum Qəzza xalqı ələ salınıb.

Qərb mediası insanlığını itirdi! Fransız cır-cındırı Qəzzanın məzlum xalqını hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, Fransada nəşr olunan Liberation qəzeti qatil İsrailin soyqırımına məruz qaldığı Qəzzalı müsəlmanları hədəf alan karikatura dərc edib. Korin Reyin Liberation qəzeti üçün çəkdiyi karikaturada humanitar faciənin yaşandığı Qəzzada Ramazan ayının necə başladığı müzakirə olunub.

Çoxlu uşağın aclıqdan öldüyü Qəzzada insan faciəsini hədəf alan karikatura reaksiyaya səbəb olub. “Qəzzədə Ramazan” adlı karikaturada qadın, dili çıxmış uşaq, dağıntılar altından çıxan əl, ağzından su axan qəzəbli kişi, ağzında sümük parçaları ilə qaçan siçanlar əks olunub.

Xəbəri paylaş

VİDEOLAR