ABŞ və Qərb ölkələri İranın öz dini inancına əsaslanaraq nüvə silahı yaratmaq niyyətində olmaması faktını bilir.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib.
O bildirib ki, Qərb nüvə sazişi üzrə danışıqlar zamanı rəsmi Tehranın nüvə proqramı ilə bağlı məsələlərin həllinin müqabilində İranın İsraili tanımasında israr edirdi.
“Əlbəttə ki, Qərb dövlətləri, o cümlədən də ABŞ bilir ki, İranın dini inancında nüvə bombalarına yer yoxdur və İrana belə bir silah lazım deyil“, - deyə Abdullahiyan qeyd edib.
O, əlavə edib ki, Qərb İranın İsraili tanıması üçün bu cür bəhanələrlə rəsmi Tehrana təzyiq göstərməyə can atırdı, lakin onların bu istəkləri uğursuzluğa düçar oldu.
İranlı nazir deyib ki, İran müqəddəs Qüdsün İsrail işğalından azad edilməsi istiqamətində iş görməyi öz borcu hesab edir.
O, İslam dəyərlərinə qarşı yönəlmiş planların üzə çıxarılması üzrə səylərin vacibliyini də vurğulayıb.