Qərargah açıqladı: Daha 158 nəfər koronavirusa yoluxub

Qərargah açıqladı: Daha 158 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Hazırkı dövrədək ölkəmizdə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 test aparılmışdır.

Xəbəri paylaş

VİDEOLAR