SSRİ-nin keşmiş prezidenti Mixail Qorbaçov bəyan edib ki, 1991-ci il avqust qiyamının təşkilatçıları Sovet İttifaqının dağılmasına görə “çox böyük məsuliyyət payı daşıyırlar”.
Rasthaber Azərbaycan “İnterfaks”-a istinadən verdiyi xəbər əsasən, o deyib ki, qiyam iflasa uğrasa da, “SSRİ prezidentinin möqvelərini mürəkkəbləşdirib və zəiflədib”, həmçinin “İttifaqın qorunub saxlanılması üzrə səylərin davam etdirilməsinin olduqca çətin olduğu bir şərait” yaratdı.
Qorbaçov əlavə edib ki, İttifaqın tərkibindəki respublikalar müstəqilliyə dair bəyannamələr qəbul etdikdən sonra, “İttifaqı yenilənmiş əsasda qoruyub saxlamaq şansı yenə də var idi”.
O bildirib ki, bundan sonra “ikinci zərbə” – Rusiya, Ukrayna və Belarus rəhbərlərinin “Belovej əlbirliyi” baş verdi. Həmin şəxslər SSRİ-nin mövcudiyyətinin başa çatdığını bəyan etdilər.
Qorbaçov qeyd edib ki, qiyam təşkilatçıları “özlərinə bəraət qazandırmağa çalışaraq bildirirdilər ki, onları hərəkətə gətirən qüvvə ölkənin qorunub saxlanılması qayğısı olub”.
SSRİ-nin eks-prezidentinin fikrincə, “onların macəralarının nəticələri faciəli oldu”.
“Onlar ölkənin dağılmasına görə çox böyük məsuliyyət payı daşıyırlar”, – deyə o, əlavə edib.