ABŞ Əfqanıstandakı uğursuzluğu daha tez etiraf etmək lazım idi, indi isə yaranmış vəziyyətdən dərs çıxarmaq və oxşar xətalara yol verməmək mühümdür.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bu fikirləri SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov səsləndirib.
“Uğursuzluğu daha da tez etiraf etmək lazım idi. İndi isə dərs çıxarmaq və ən azından, oxşar səhvləri təkrar etməmək mühümdür”, – deyə o bildirib.
“Bu ən əvvəlindən uğursuz olan fikirdir, lakin ilk mərhələdə Rusiya onu dəstəkləmişdi. Bir çox oxşar layihələrdə olduğu kimi, onun da əsasında təhdidin şişirdilməsi və elə anlaşılan olmayan geosiyasi planlar yatırdı. Buna çoxtayfalı bir cəmiyyətin demokratikləşdirilməsi üzrə qeyri-real cəhdlər də əlavə edildi”, – deyə Qorbaçov qeyd edib.