6.03.2020 18:00:00
Gürcüstanda 3,6 bal gücündə zəlzələ olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 17:22-də qeydə alınıb.
Zəlzələnin episentri Laqodexi rayonunun Racisubani kəndi yaxınlığında olub.