Qonşu dövlətlərə keçən Ukrayna vətəndaşlarının sayı açıqlanıb

Qonşu dövlətlərə keçən Ukrayna vətəndaşlarının sayı açıqlanıb

Ukraynada döyüşlər başlayandan bəri 1,2 milyondan çox Ukrayna vətəndaşı ölkəsini tərk etməyə məcbur olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin "Telegram" kanalında bildirilib.

Qeyd olunub ki, Polşada 650 mindən çox, Macarıstanda 145 min, Moldovada 103 min, Slovakiyada 90 min, Rumıniyada isə 57 min ukraynalı sığınacaq tapıb.

Həmçinin Rusiyaya da onminlərlə ukraynalı keçib.

Xəbəri paylaş

VİDEOLAR