Qondarma rejimdən etiraf: Azərbaycan Ordusu Xankəndinin ətrafındadır

Qondarma rejimdən etiraf: Azərbaycan Ordusu Xankəndinin ətrafındadır

O, rəsmi feysbuk səhifəsində Azərbaycan Ordusunun artıq Xankəndi şəhərinin ətrafında olduğunu yazıb.

Rasthaber “Report”-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.

O, rəsmi feysbuk səhifəsində Azərbaycan Ordusunun artıq Xankəndi şəhərinin ətrafında olduğunu yazıb.

“Təəssüf ki, uğursuzluqlar zənciri bizi hələ də təqib edir və Şuşa şəhəri bizim nəzarətimizdə deyil. Qarşı tərəf Xankəndinin ətrafındadır və artıq onun mövcudluğu təhlükə altındadır“, – Poqosyan qeyd edib.

 
 

 

 

 

Xəbəri paylaş

VİDEOLAR