Qırğızıstan prezidentindən maraqlı göstəriş

Qırğızıstan prezidentindən maraqlı göstəriş

Bu barədə onun mətbuat katibi Qalina Bayterek məlumat verib.

 Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov məmurlardan onun portretlərini kabinetlərindən asmamağı istəyib.

Bu barədə onun mətbuat katibi Qalina Bayterek məlumat verib.

“Prezident Sadır Japarov hesab edir ki, hazırda o, vətəndaşlarımızın həyat fəaliyyətlərinin keyfiyyətli yaxşılaşması üçün hələ heç bir şey etməyib. Buna görə də bütün dövlət hakimiyyəti orqanlarına kabinetlər və inzibati binalardan özünün portretinin asılmasından çəkinməyi məsləhət görür”, – deyə Bayterek qeyd edib.

Rəsminin sözlərinə görə, Japarov hesab edir ki, məmurlar Qırğızıstan MSSR XKŞ-ın birinci sədri Yusup Abdraxmanov və ya respublikanın KPMK-ın birinci katibi İshaq Razzakovun portretlərini asmaqları daha yaxşı olardı, (bu iki şəxs) “Qırğızıstan dövlətçiliyinin möhkəmlədilməsinə və sosial-iqtisadi inkişafına çox qiymətli töhfə verib”.

Xatırladaq ki, Qırğızıstan MSK-ın məlumatına əsasən, Japarov 10 yanvarda keçirilən prezident seçkilərində 79% səslə qalib gəlib.

Xəbəri paylaş

VİDEOLAR