Qırğızıstan prezidenti: İstefa verdim

Qırğızıstan prezidenti: İstefa verdim

Onun müraciəti dövlət başçısının mətbuat xidməti tərəfindən yayımlanıb.

 “Russia Today”-a istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa vermək qərarına gəlib.

Onun müraciəti dövlət başçısının mətbuat xidməti tərəfindən yayımlanıb.

“Mən hakimiyyətdən yapışmamışam. Qırğızıstan tarixində qan tökmüş və öz vətəndaşlarına atəş açmış prezident kimi qalmaq istəmirəm. Buna görə də istefaya getmək qərarını qəbul etdim”, – deyə o bildirib.

Jeenbekovun sözlərinə görə, təəssüf ki, “aqressiya sakitləşmir”, mövcud vəziyyət isə “ikitərəfli münaqişəyə yaxındır”.

Xəbəri paylaş

VİDEOLAR