Qazların kütləvi öldürülməsi qalmaqalında adı hallanan rusiyalı deputat ölü tapıldı - FOTO

Qazların kütləvi öldürülməsi qalmaqalında adı hallanan rusiyalı deputat ölü tapıldı - FOTO

Rusiyanın Maqadan Şəhər Dumasının deputatı Aleksandr Kramarenko öz kabinetində ölü tapılıb.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bundan əvvəl mərhum deputata qarşı Çukotkada 180-ə yaxın qazın vurulması ilə bağlı cinayət işi başlanılmışdı.

İlkin versiyaya görə, dəymiş ziyanın məbləği 700 min rublu (təqribən 16 min manat) ötüb. 

Kramarenkonun özü şəklin “Photoshop”la redaktə olunduğunu, əlavə olaraq orada öldürülmüş qazlar yox, ovçular üçün tüklə doldurulmuş quşlar olduğunu demişdi.

Deputatın ölümü ilə əlaqədar istintaq bir neçə versiyanı, o cümlədən qətl və intiharı nəzərdən keçirir.

Xəbəri paylaş

VİDEOLAR