Qazaxıstanın Baş naziri İrana səfər edəcək

Qazaxıstanın Baş naziri İrana səfər edəcək

Qazaxıstanın baş naziri Əlixan İsmayılov rəsmi danışıqlar aparmaq üçün sabah Tehrana səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, İran prezidentinin köməkçisi Məhəmməd Cəmşidi Qazaxıstanın baş naziri Əlixan İsmayılovun sabah Tehrana gələcəyini açıqlayıb.

“Qazaxıstan və İran nümayəndə heyətləri arasında keçiriləcək görüşdə ticarət və diplomatik münasibətlər sahəsində ikitərəfli əlaqələrin inkişafı, əvvəllər imzalanmış sazişlərin qüvvəyə minməsi və tranzit, enerji və bank əlaqələri kimi məsələlər müzakirə olunacaq", - Cəmşidi bildirib.

Xəbəri paylaş

VİDEOLAR