Qazaxıstanda 14 yaşına qədər uşaqlar təyyarə ilə ölkədaxili pulsuz uçuş imkanı əldə edəcəklər.
Respublikanın turizm sənayesini dəstəkləmək üçün hökumət tərəfindən atılan bu addım ölkə daxilində valideynlərlə səyahət edəcək uşaqların daşınması üçün aviaşirkətlərə ödəniş etməyə hazırdır.
Rasthaber Azərbaycan AzerTac-a istinadən xəbər verir ki, bir ailənin maksimum dörd uşağı bu güzəştdən istifadə edə biləcək.
Qazaxıstanda 2025-ci ilə qədər 3 milyon xarici və 8 milyon daxili turist qəbul etməyə ümid bəsləyirlər.