Qazaxıstan hökuməti istefa verdi

Qazaxıstan hökuməti istefa verdi

Müvafiq qərar ölkə başçısı Qasım-Comərd Tokayev tərəfindən imzalanıb.

Rasthaber Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Askar Maminin sədrlik etdiyi Qazaxıstan hökuməti ölkə parlamentinin aşağı palatası seçkilərindən sonra istefaya gedib.

Müvafiq qərar ölkə başçısı Qasım-Comərd Tokayev tərəfindən imzalanıb.

Qazaxıstan konstitusiyasına əsasən, parlamentin yeni tərkibinin seçilməsindən sonra hökumət öz səlahiyyətlərini təhvil verməlidir.

Üstəlik hökumət üzvləri və baş nazir yeni nazirlər kabineti formalaşanadək öz öhdəliklərini yerinə yetirəcəklər.

Xatırladaq ki, sözügedən seçkilər 10 yanvarda keçirilib.

Qazaxıstan Mərkəzi Seçki Komitəsinin (MSK) açıqlamasına görə, hakim partiya “Nur Otan” 71,09 faiz səslə qələbə qazanıb. Həmçinin Qazaxıstan Demokratik Partiyası (10,95%) və Qazaxıstan Xalq Partiyası (9,10%) da parlamentdə yer qazana bilib.

Xəbəri paylaş

VİDEOLAR