Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi anti-Yəmən koalisiyası son sutka ərzində dəfələrlə Yəmənin müxtəlif bölgələrini bombalayıb.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi anti-Yəmən koalisiyasının döyüş təyyarələri, Səada vilayətinin Meran bölgəsindəki əlaqə xətləri mərkəzini 3 dəfə hədəfə alıb.
Digər tərəfdən, Səudiyyə koalisiyasına aid döyüş təyyarələri də Həccə vilayətinin Heyran şəhəri və Məribin əl-Vadi şəhərlərini bombalayıb.
Səudiyyə rejiminin Səada vilayətinə raket hücumları nəticəsində 5 mülki şəxs yaralanıb.
Yəmən hərbi xəbər mənbələrinin məlumatına görə, Səudiyyə koalisiya qüvvələri son 24 saat ərzində, Əl-Hədidə əyalətində 169 dəfə, iddia edilən atəşkəs rejimini pozub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 26 Mart 2015-ci ildə ABŞ-ın dəstəyi ilə, ən kasıb Ərəb ölkəsi kimi tanınan Yəmənə hücum edib.
Səudiyyə Ərəbistanının öz siyasi maraqlarını nəzərə alaraq həyata keçirdiyi hücumda, bir çox hərbi cinayətlərin törədildiyi müstəqil beynəlxalq qurumlar tərəfindən dəfələrlə bildirilib.