14.03.2022 11:23:38
İraqın Əsaib Əhli-Həqq Hərəkatının baş katibi, Səudiyyə Ərəbistanında 81 nəfərin edam edilməsini pisləyərək bildirib ki, Ali Səud hər gün bəşəriyyət üçün utancverici cinayətlər törətməkdə davam edir.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi, şənbə günü bir gündə 81 nəfəri edam etməklə ölkədə insan haqları pozuntularını davam etdirib.
Edam edilənlər arasında əvvəllər Səudiyyə hökuməti tərəfindən müxtəlif bəhanələrlə saxlanılaraq həbs edilmiş 41 şiə gənc də var.
İRİB-in məlumatına görə, İraqdakı Əsaib Əhli-Həqq hərəkatının baş katibi Qeys Xəzəli Twitter-də bildirib ki, Səudiyyə rejimi onlarla insanı məzhəbçi və digər mənfur səbəblərlə, bəzilərini isə söz azadlığı ilə bağlı ittihamlarla vəhşicəsinə edam edib.
Xəzəli qeyd edib ki, Səudiyyə rejimi bu qətlləri törətməklə insanlara ləyaqətli şəkildə yaşamaq hüququnu təmin edən İslamın ən sadə prinsiplərinə qarşı olduğunu nümayiş etdirib.
O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanında 81 nəfərin edam edilməsi Səudiyyənin ziyanına olacaq və məzlumlar bir gün zalimə qarşı tədbir görəcəklər.