İsrailin hücumları nəticəsində ən azı 2 nəfərin ölüb, 9 nəfər yaralanıb
Rasthaber xəbər verir ki, Suriya'nın rəsmi xəbər agentliyi SANA, İsrail ordusunun Hümsün Quseyr bölgəsində bir neçə nöqtəyə hava hücumu etdiyini bildirib.
Dünın gündüz saatlarında təxminən 35 dəqiqə ərzində Quseyrdəki sənaye bölgəsi və mülki insanların yaşadığı binaların hədəf alındığını qeyd edən SANA, sənaye bölgəsində ziyan meydana gəldiyini bildirib.
Sham FM də, İsrailin hücumları nəticəsində ən azı 2 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını bildirir.
Yerli mənbələrin verdiyi məlumata görə, Sionist İsrailin hava hücumlarının hədəfində sənaye bölgəsindəki bir hərbi qərargah, bazar yerindəki bir hərbi qərargah, Cusiye Sərhəd Qapısı və Quseyrin qərbini Livana bağlayan Def Körpüsü olub.