Qatil İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 33 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı səhiyyə mənbələrindən əldə edilən məlumata görə, soyqırım törədən İsrail ordusu Qəzza zolağında evləri və infrastrukturu hədəf alan hücumlarını davam etdirib.
Qatil İsrailin hücumları zamanı Qəzzanın cənubundakı Xan Yunisin Batn Semin bölgəsində 4 fələstinlinin şəhid olduğu, çoxlu sayda insanın yaralandığı bildirilib.
Qəzzanın şimalındakı Cibaliyada Əl-Hərsani ailəsinin evinin bombalanması nəticəsində 5 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.
Soyqırımçı İsrailin gün ərzində həyata keçirdiyi hücumlarda Bureyc Qaçqınlar Düşərgəsində 10, Şeyx Rıdvan Məhəlləsində 8, Beyt Lahyada 5, Kizan ən-Nəccarda 1 fələstinli şəhid olub.