Sionist İsrail qüvvələri BƏƏ Doğum Xəstəxanasının qapısı yaxınlığında köçkün fələstinlilərin qaldıqları çadırlara hava hücumu həyata keçirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada, İsrailin 148 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.
Sionist İsrail rejiminin hücumlarında şəhid olanların sayının 30 min 320 nəfərə yüksəldiyi bildirilib.
Yaralıların ümumi sayının 71 min 533-ə yüksəldiyi bildirilib.
Bəyanatda işğalçı İsrail qüvvələrinin son 24 saat ərzində “10 qırğın” törətdiyinə dair məlumatlar da yer alıb.
Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Doğum Evinin qapısı yaxınlığında məcburi köçkün fələstinlilərin qaldığı çadırlara hava zərbəsi endirilib. Hücumda ikisi tibb işçisi olmaqla 11 nəfər şəhid olub.