Qatil İsrail rejimi fələstinliləri məzarlarında belə rahat buraxmır

Qatil İsrail rejimi fələstinliləri məzarlarında belə rahat buraxmır

Sionist İsrailin döyüş təyyarələri Qəzza zolağının şimalında yerləşən Cibəliyyə Qaçqınlar Düşərgəsində əvvəlki hücumlarda şəhid olmuş yüzlərlə fələstinlinin kollektiv şəkildə dəfn edildiyi qəbiristanlığı bombalayıb.

Az.rasthaber.com xəbər verirki, Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin rəisi Əhməd əl-Kəhlut orada basdırılan cəsədlərin bombardman nəticəsində torpaqdan çıxdığını və mülki müdafiə qruplarının cəsədləri yenidən basdırmaq üçün sıx səy göstərdiyini bildirib.

Aylardır davam edən qətliamda şəhid olan minlərlə insan üçün qəbiristanlıqlarda yer tapa bilməyən Qəzza xalqı cənazələrini kütləvi məzarlıqlarda basdırmaq məcburiyyətində qalır.

Xəbəri paylaş

VİDEOLAR