Sionist İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə hücumları nəticəsində 13 fələstinli şəhid olub.
Az.rasthaber.org xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, havadan və qurudan edilən hücumlarda onlarla fələstinli yaralanıb.
Sionist rejim döyüş təyyarələri Xan Yunisin qərbində fələstinlilərin yaşadığı evləri hava hücumları və artilleriya atəşi ilə hədəfə alıb.
Hücumlarda 13 fələstinli şəhid olub.
İşğalçı İsrailin Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Nasser xəstəxanası və Amal xəstəxanasını bombalaması xəstəxanalara ciddi ziyan vurub.
Digər tərəfdən Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, sionist İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Nablus şəhərinin şərqindəki Balata Qaçqınlar Düşərgəsi yaxınlığında bir avtomobili vurub.
İşğalçı rejim qüvvələrinin qrupların müdaxiləsinə imkan vermədiyi və avtomobilin partlayaraq alovlandığı bildirilib.
Avtomobildə şəhid və yaralanan fələstinlilərin olduğu qeyd edilib.
Bir nəfərin cəsədi tapılıb, bəzi fələstinlilərin cəsədləri isə sionist İsrail qüvvələri tərəfindən götürülüb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada işğalçı İsrail qüvvələrinin bölgədən çəkilməsindən sonra bir fələstinlinin cəsədinin tapıldığı bildirilib.
Açıqlamada, İsrail qüvvələrinin bölgədən çəkilməzdən əvvəl vurulan avtomobildə bəzi fələstinlilərin cəsədlərini apardığı bildirilib.
Şahidlərdən alınan məlumata görə, işğalçı İsrail qüvvələri bu gün səhər saatlarında Balata Qaçqınlar Düşərgəsinə basqın ediblər. Sionist İsrail qüvvələri düşərgədə fələstinlilərə qarşı canlı güllə və gözyaşardıcı qazla müdaxilə edib.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə sionist İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 355 fələstinli şəhid olub.