Bildirilib ki, sionist İsrail Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) məxsus məktəbə hücumda ABŞ istehsalı olan silahlardan istifadə edib.
Az.rasthaber.com xəbər verir ki, Amerikanın CNN televiziyası işğalçı İsrail ordusunun Qəzzada məktəbə həyata keçirdiyi hücumun görüntüləri əsasında təhlilini dərc edib.
Buna uyğun olaraq, sionist İsrailin Qəzzada UNRWA məktəbinə hücumunda ABŞ istehsalı olan ən azı iki GBU-39 kiçik ölçülü bombadan istifadə etdiyi qeydə alınıb.
Ötən həftə İsrailin Rafahda məcburi köçkün fələstinlilərə hücumunda ABŞ istehsalı olan bombalardan istifadə edildiyi bildirilmişdi, lakin ABŞ administrasiyası bunu təsdiq edə bilməyəcəyini bildirmişdi.
Sionist İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin sığındıqları UNRWA məktəbinə təşkil etdiyi hücumda 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər şəhid olub.