İşğalçı İsrail qüvvələrinin Qəzza zolağında ərzaq yardımı almaq üçün toplaşan minlərlə fələstinliyə atəş açması nəticəsində çoxlu insan yaralanıb.
Az.rasthaber.org xəbər verir ki, minlərlə fələstinli beynəlxalq yardım təşkilatları tərəfindən çatdırılan ərzaq yardımını almaq üçün Qəzza şəhərinin Tel əl-Heva bölgəsindəki Ər-Rəşid küçəsində toplaşıb.
Şəhərin cənub-qərbində yerləşdirilən İsrail qüvvələri kömək üçün toplaşan minlərlə fələstinliyə ağır silahlardan atəş açıb.
Sionist rejim qüvvələrinin açdığı atəş nəticəsində çoxlu fələstinli güllələnərək yaralanarkən, hadisədən sonra izdihamda əzilən bir çox insanda sınıqlar yaranıb.
Təxminən 800 min fələstinlinin aclıq və susuzluq təhlükəsi ilə üzləşdiyi Qəzza zolağının şimalına bir ayda ilk dəfə ərzaq yardımı bu gün gəlib.
Digər tərəfdən, sionist rejimin gecə boyu Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və quru hücumları nəticəsində 100-dən çox fələstinli şəhid olub və çoxlu sayda insan yaralanıb.
Qəzzanın mərkəzi hissəsindəki Dərəc rayonunda məskunlaşan Kasım, Hassuna, Zuh və Şubki ailələrinin qaldığı binanın bombalanması nəticəsində 50 nəfər şəhid olub.
Hücum zamanı şəhid olanların cənazələri Şifa və El-Ehli Baptist xəstəxanalarına aparılıb. İsrail artilleriya birliklərinin Zeytun və Sabra məhəllələrinə hücumları nəticəsində 5 nəfər şəhid olub, 10 nəfər yaralanıb.
Terrorçu İsrail qüvvələrinə məxsus döyüş gəmiləri və artilleriya bölmələri tərəfindən Tel əl-Heva bölgəsinin Şeyx Aclin bölgəsində yaşayan fələstinlilərin evlərinə hücumlar təşkil edilib. Qəzza zolağının mərkəzi hissələrində yerləşən Sevariha bölgəsində bir evin hədəfə alınması nəticəsində şəhid olan 3 nəfərin, Büreyc və Əl-Meqazi qaçqın düşərgələrindəki hücumlarda həyatını itirən 6 nəfərin cənazələri Əqsaya gətirilib.
Yunusda evləri bombalanan, aralarında uşaq və qadınların da olduğu 30-dan çox fələstinli şəhid olub. Misir sərhədi yaxınlığında iki evə və əksəriyyəti köçkün sərnişinlərin olduğu bir avtomobilə hava hücumu nəticəsində ən azı 23 nəfər şəhid olub.