Qatil İsrail ordusu Rəfahda qan tökməyə davam edir

Qatil İsrail ordusu Rəfahda qan tökməyə davam edir

Sionist İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərindən cənubdakı Kerem Əbu Səlim və Raim bölgələrinə təxminən 18 raket atıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusu X platformasında ordunun hesabında olan məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada, Rəfah bölgəsindən Kerem Əbu Səlim və Raimə doğru təxminən 18 raket atıldığı və sirenlər çalındığı bildirilib.

Yedioth Ahronoth qəzetinin xəbərində yəhudilərin Raim, Kissufim və Ein HaShlosha adlı yaşayış məntəqələrində sirenlərin səsləndiyi bildirilib.

Raketlərin atılması nəticəsində maddi tələfatın olub-olmaması barədə məlumat verilməyib.

Sionist İsrail ordusu Kərəm Əbu Səlim sərhəd qapısının hədəfə alınması səbəbindən Qəzzəyə humanitar yardımların girişinin əngəlləndiyini iddia edərkən, HƏMAS hərəkatının hərbi qanadı Qəssam Briqadaları bölgədəki hərbi məntəqələrə hücum etdiklərini vurğulayır.

İşğalçı İsrail ordusu dünən səhər saatlarında Rəfah bölgəsinə qurudan hücum edərək Qəzzanın Misirə açılan Rəfah Sərhəd Qapısının Fələstin tərəfini ələ keçirdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR