Qatil İsrail ordusu Nusayrat qaçqınlar düşərgəsinə hücum edib

Qatil İsrail ordusu Nusayrat qaçqınlar düşərgəsinə hücum edib

Sionist İsrailin Qəzza zolağında Rəfah şəhəri və Nusayrat Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində azı 6 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, şahidlərdən alınan məlumata görə, işğalçı İsrailin Rəfah şəhərinin Es-Salam rayonunda əl-Behabise ailəsinə aid bir evə təşkil etdiyi bombalı hücumu nəticəsində ən azı 3 fələstinli şəhid olub.

Hadisə zamanı çoxlu sayda yaralının olduğu və dağıntılar altında itkin düşənlərin axtarışlarının davam etdiyi öyrənilib.

Qəzza hökumətinin Səhiyyə Nazirliyindən alınan məlumata görə, sionist İsrailin Nusayrat Qaçqınlar Düşərgəsindəki Ərban məktəbi yaxınlığında fələstinliləri hədəf alan hücumunda 3 fələstinli şəhid olub, 4 nəfər isə yaralanıb.

Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ən azı 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 183 fələstinli şəhid olub, 77 min 143 nəfər yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR