Qatil İsrail ordusu mülki insanları hədəf almağa davam edir

Qatil İsrail ordusu mülki insanları hədəf almağa davam edir

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, sionist İsrail ordusunun Qəzza şəhərinin qərbində Əbu Huseyra küçəsində ət-Tərturi ailəsinə məxsus evi hədəf alması nəticəsində aralarında qadın və uşaqların da olduğu ən azı 5 fələstinli şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin cənubundakı Sabra məhəlləsində Hicazi ailəsinə məxsus evi bombalaması nəticəsində 2 fələstinli qadın şəhid olub, bəziləri yaralanıb və dağıntılar altında qalıb.

Sionist İsrailə məxsus döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqindəki Ceninə məhəlləsindəki “Hatib” ailəsinin evini hədəfə alması nəticəsində ən azı 4 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.

Sionist İsrail ordusunun Rəfahın mərkəzindəki Şabura Qaçqınlar Düşərgəsində didərgin düşmüş fələstinlilərin qaldığı “Havacat” ailəsinə məxsus evi bombalaması nəticəsində 6 fələstinli şəhid olub.

Sionist İsrail ordusunun Rəfahda “Əbu Taha” ailəsinə məxsus evi hədəf alması nəticəsində 5 fələstinli şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR