Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, sionist İsrail bu gecə Qəzza zolağının müxtəlif bölgələrini hava, dəniz və qurudan hücumlarla hədəfə alıb.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail döyüş təyyarələrinin Qəzzanın müxtəlif bölgələrində 3 evə endirdiyi hava hücumunda ikisi uşaq olmaqla 7 fələstinli şəhid olub, 9 nəfər yaralanıb.
Qəzza zolağının şimalında Cibaliya əl-Beleddə Köhnə Qəzza küçəsində İsrailin pilotsuz uçuş aparatının (PUA) bir qrup fələstinlini işğal etməsi nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər isə ağır yaralanıb.
Sionist İsrail Cibaliya və Qəzza şəhərinin müxtəlif məhəllələrinə, o cümlədən Ər-Rimal və Əz-Zeytun məhəllələrinə döyüş təyyarələri ilə şiddətli hava hücumları təşkil edərkən, Qəzza zolağının şimal sahillərini hücum katerləri ilə, Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat düşərgəsini isə artilleriya atəşi ilə bombalayıb.
İşğalçı İsrail qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin Əs-Salam məhəlləsində və Qəzza zolağının şimalında Cibaliya və müxtəlif bölgələrdə yaşayış məntəqələri və binalara hücumlarını davam etdirərkən, sionist İsrail döyüş təyyarələri də Rəfahdakı Yebna qaçqın düşərgəsinə hava zərbələri endirib.
Sionist İsrail 222 gündür Qəzza zolağında qırğınlar törədir. İsrailin Rəfahda intensivləşən hücumları səbəbindən 450 min fələstinli yenidən mühacirət etməli olub. İsrail ordusunun Nuseyrat Qaçqınlar Düşərgəsindəki bir evə təşkil etdiyi hücumda şəhid olan fələstinlilərin sayı 40-a yüksəlib.
Qəzza zolağında təhlükəsiz nöqtə qalmadığı halda, sionist İsrailin hücumlarından qaçan fələstinlilər son sığınacaqları Rəfahdan köç etməyə başladılar.
Birləşmiş Millətlər Təşkilatı İsrailin işğalçı hücumlarının gücləndiyi Rəfahdan 450 mindən çox fələstinlinin köç etdiyini açıqlayıb.
İsrail ordusunun Qəzzanın şimalına yenidən intensiv hücumları nəticəsində minlərlə fələstinli Cibaliyaya köç etmək məcburiyyətində qalıb.
Digər tərəfdən sionist İsrail ordusu Rəfahın cənubunda Səlahəddin Sərhəd Qapısı yaxınlığında kəşfiyyat təyyarəsi ilə hücum həyata keçirib. Hücumda çoxlu fələstinli şəhid olub.
İşğalçı İsrailin Rəfah Sərhəd Qapısını işğal etməsindən sonra Qəzzada vəziyyət daha da pisləşir.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzzada sərhəd qapılarını bağlamasının fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.