Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 57 nəfər artaraq 35 min 857 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 231 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
İşğalçı İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 6 qırğın törətdiyi, bu hücumlarda daha 57 fələstinlinin şəhid olduğu, 93 fələstinlinin isə yaralandığı bildirilib.
Sionist İsrail ordusunun Qəzza zolağında son 10 gündə həyata keçirdiyi hücumlarda 684 fələstinlinin şəhid olduğu, 1232 fələstinlinin isə yaralandığı bildirilib.
Qatil İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 35 min 857, yaralıların sayının isə 80 min 293-ə yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin işğalçı İsrail qüvvələrinin maneə törətdiyi üçün tibb qrupları və mülki müdafiə nümayəndələrinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.