Qarşıdurma və iğtişaşlara səbəb olmayacaq şəraitdə gələcəm - Saakaşvili

Qarşıdurma və iğtişaşlara səbəb olmayacaq şəraitdə gələcəm - Saakaşvili

Mixail Saakaşvili vətəninə nə zaman qayıdacağı barədə danışıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətəninə nə zaman qayıdacağı barədə danışıb.

“Bir çoxları məndən soruşurlar ki, mən nə vaxt Gürcüstana geri dönəcəyəm. Mən hər hansısa bir qarşıdurma və iğtişaşlara səbəb olmayacaq şəraitdə gələcəyəm. Hər şeyin dinc yolla baş verməsi olduqca mühümdür“, – deyə o bildirib.

Saakaşvili əlavə edib ki, iğtişaşlar yolu ilə hakimiyyətə gəlməyi planlaşdırmır.

O, həmçinin özünün keçmiş partiyası “Vahid Milli Hərəkat”-ın onun baş nazir postuna namizədliyini irəli sürmə qərarını salamladığını və maksimum 2 il müddətinə bu vəzifəni tutmağa hazır olduğunu deyib.

“Milli Hərəkat və bir sıra digər vətəndaşlar mənim Gürcüstan Baş naziri olmağım məsələsini qaldırıblar. Mən bu barədə düşünürəm və demək istəyirəm ki, bu funksiyanı öz üzərinə götürməyə hazıram, hakimiyyətə gəlmək və hakimiyyətdən ötrü darıxdığım üçün yox… Mən tam müddətə baş nazir olmayacağam, maksimum 2 il. Çünki Gürcüstanı bataqlıqdan çıxartmaq və sürətlə irəliləmək üçün bu iki il bəsdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, “Gürcüstanın xilası” üçün fərqli-fərqli insanlarla 24/7 rejimində işləməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR