Qarabağda ermənilərin təxribatları barədə Rusiya heyətinə məlumat verilib

Qarabağda ermənilərin təxribatları barədə Rusiya heyətinə məlumat verilib

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Az.rasthaber.com xəbər verir ki, MN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.

Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.
Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş

VİDEOLAR