Qarabağ münaqişəsindən sonra bölgədə yeni imkanlar yaranıb - Zərif

Qarabağ münaqişəsindən sonra bölgədə yeni imkanlar yaranıb - Zərif

Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgədə yeni imkanlar yaranıb.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

M.C.Zərifin sözlərinə görə, bu imkanlardan biri dəmiryol xətləridir. Onlardan biri Culfa dəmiryol xəttidir, ikinci dəmiryol xətti isə İranı Rusiyaya birləşdirir. Bu dəmiryol xətləri uzun illər idi ki, fəaliyyət göstərmirdi:

“Hazırda Qafqazda yeni bir əməkdaşlıq platformasının yaradılması ilə Azərbaycan və Ermənistan, Gürcüstan və Rusiya, həmçinin Ermənistan və Türkiyə arasında stabilliyin əldə olunmasına imkan yaranıb”.

XİN rəhbəri deyib ki, doğrudur ötən illərdə İran tranzit və digər sahələrdə bir sıra problemlərlə üzləşib. Lakin bu problemlər artıq arxada qalmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR