Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.
Rasthaberin məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz: "Heç kim Ermənistana təcavüz etmir."
Putin həmçinin bildirib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar.