"Qanuni hüquqlarımızdan bir addım da geri çəkilməyəcəyik"

İranın xarici işlər naziri Əmir Abdullahiyan İranın qanuni haqlarından və təzyiqçi sanksiyaların aradan qaldırılmasının reallaşmasından geri addım atmayacaqlarını bildirib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsində verdiyi açıqlamada, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidentinin münasibətinin qeyri-peşəkar olduğunu, MAQATE-də qəbul edilən qərarın siyasi və konstruktiv olmadığını bildirib.

Abdullahiyan deyib:

"İran qanuni hüquqlarından və təzyiqçi sanksiyaların aradan qaldırılmasının reallaşmasından bir addım da geri çəkilməyəcək. Əgər ABŞ realist olsa, Dövlət Departamenti diplomatik yola sadiq qalmağa davam edəcək və İranın möhtərəm xalqına qarşı sanksiyaları aradan qaldırmaq üçün əlindən gələni edəcək".

Xəbəri paylaş

VİDEOLAR